Bazar ertəsi
Fev 23

Günəşdəki bütün ləkələr yoxa çıxıb

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Günəşin Yerə tərəf yönəlmiş hissəsində heç bir ləkə müşahidə olunmur.

King.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun nəzdində fəaliyyət göstərən Günəş astronomiyası laboratoriyası "Telegram" kanalında məlumat yayıb.

Alimlərin sözlərinə görə, Günəşi sonuncu dəfə tamamilə ləkəsiz vəziyyətdə 11 dekabr 2021-ci ildə müşahidə etmək mümkün olmuşdu.

Mütəxəssislər qeyd edirlər ki, ləkələrin tam yoxa çıxması yalnız son dərəcə aşağı aktivlik dövründə, adətən Günəş minimumu illərində baş verir.

Günəş ləkələri onun səthinin demək olar ki, ayrılmaz hissəsidir və maqnit sahəsi ilə bağlıdır. Səthin tünd sahələri maqnit axınının ən yüksək konsentrasiyada olduğu yerlərdə yaranır.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.