İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) pilotsuz uçuş aparatları ilə Bəhreyndə ABŞ-nin "Amazon" şirkətinə məxsus data mərkəzinə zərbə endirdiyini açıqlayıb.
King.Az xəbər verir ki, məlumatı "Fars" agentliyi yayıb.
Belə ki, Yaxın Şərqdə ABŞ-yə məxsus ən böyük məlumat emalı mərkəzlərindən biri hesab olunan "Amazon" data mərkəzi SEPAH dronlarının hücumuna məruz qalıb.
Bildirilir ki, əməliyyat həmin data mərkəzlərinin ABŞ-nin İrana qarşı hərbi və kəşfiyyat fəaliyyətində oynadığı rolu müəyyən etmək məqsədilə həyata keçirilib.
Oxşar Mövzular
İranda zəlzələ baş verib
28-10-2025, 14:50İran hökuməti polisləri elektroşok cihazları ilə silahlandırır
11-10-2024, 14:58