Bazar ertəsi
Fev 23

Ağ Evdən Kanadanın ünvanına kinayəli paylaşım

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Ağ Ev hokkey komandasının Olimpiya finalındakı məğlubiyyətindən sonra sosial mediada Kanadaya üstüörtülü şəkildə ironiya ünvanlayıb.

King.Az xəbər verir ki, adminstrasiyanın "X" hesabında qazı yerə sıxmış qartal şəkli paylaşılıb.

Sözgüdən quşlar müvafiq olaraq Kanada və ABŞ-nin simvolları hesab olunur. Bu paylaşım Kanadanın sabiq baş naziri Castin Trüdonun 2025-c ildəki paylaşımına cavab olaraq yerləşdirilib.

Qeyd edək ki, Castin Trüdo ötən ilin fevralında "Siz bizim ölkəmizi və bizim oyunumuzu ələ keçirə bilməzsiniz" yazmşdı.

Fevralın 22-də kişilər arasında Olimpiya hokkey turnirinin final matçında Kanada və ABŞ komandaları qarşılaşıb. Amerikalılar 46 ildə ilk Olimpiya çempionu olublar.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.