Cümə
Yan 24

Trampın vətəndaşlıq hüquqlarını məhdudlaşdıran sərəncamının icrası dayandırılıb

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
ABŞ-nin Vaşinqton ştatının dairə məhkəməsi Prezidenti Donald Trampın doğum hüququ ilə vətəndaşlığı məhdudlaşdıran sərəncamının müvəqqəti olaraq icrasını dayandırıb.

King.Az xəbər verir ki, bu barədə "Seattle Times" qəzeti məlumat yayıb.

"Mən 40 ildən çoxdur ki, hakiməm və bu cür açıq-aşkar qanunazidd sərəncamın olduğunu heç vaxt görməmişdim", - nəşr hakim Con Kofinurdan sitat gətirib.

Xatırladaq ki, yanvarın 20-də ABŞ prezidenti kimi fəaliyyətə başlayan Tramp həmin gün axşam ABŞ vətəndaşlığının doğum hüququ ilə verilməsini məhdudlaşdıran sərəncam imzalayıb.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.