"Ölkədə bir neçə ermənistanmənşəli proqram təminatından aktiv şəkildə istifadə olunur".
King.Az Xəzər TV-yə istinadən xəbər verir ki, bu sözləri informasiya təhlükəsizliyi üzrə ekspert Fərid Pərdəşünas deyib.
Onun sözlərinə görə, istifadəçilər çox vaxt özləri də bilmirlər ki, həmin tətbiqlər ermənilərə məxsusdur.
Bu proqram təminatları vətəndaşların məlumatları üçün ciddi təhlükə yaradır. Ekspert əlavə edib ki, vətəndaşlar daha çox alternativ platformalardan istifadə etsələr, bu, təhlükəsizlik üçün daha faydalı olar.
Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin üzvü Bəhruz Məhərrəmov isə qeyd edir ki, artıq Azərbaycan və Ermənistan arasında real sülhə doğru addımlar atılır. Belə bir mərhələdə müxtəlif məhsulların, o cümlədən proqram təminatlarının qarşılıqlı mübadiləsi mümkün olsa da, bütün bu proseslər real şərait nəzərə alınmaqla həyata keçirilməlidir.
Bəhruz Məhərrəmov əlavə edib ki, ermənistanmənşəli proqramlara xüsusi diqqət yetirilməlidir.
Oxşar Mövzular

Antuan Qrizman "Atletiko Madrid"i ABŞ klubuna dəyişir
23-03-2026, 15:23
Gündəlik Bürclər-(16.12.2025)
16-12-2025, 00:00