Şənbə
Fev 21

Zelenski: "ABŞ və Rusiya müharibənin dayandırılması üçün Donbasın güzəştə gedilməsini tələb edir"

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Volodimir Zelenski ABŞ və Rusiyanın Kiyevə təzyiq göstərərək sülh sazişi çərçivəsində Moskvaya Donbası verməyə məcbur etdiyini bildirib.

King.Az bu barədə "France24" telekanalına istinadən xəbər verir.

Ukrayna liderinin sözlərinə görə, Vaşinqton və Moskva Kiyevə təzyiq edir ki, müharibənin dayandırılması ilə bağlı istənilən razılaşma çərçivəsində Donbası Rusiyaya versinlər.

"Həm amerikalılar, həm də rusiyalılar deyirlər: əgər müharibənin sabah bitməsini istəyirsinizsə, Donbası tərk edin", - deyə Zelenski vurğulayıb.

Xatırladaq ki, fevralın 17-18-də Cenevrədə Ukrayna, ABŞ və Rusiya nümayəndə heyətləri arasında müharibənin dayandırılması ilə bağlı üçtərəfli danışıqların üçüncü raundu keçirilib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.