Şənbə
Fev 21

Ukraynada prezident və parlament seçkisinin təxmini tarixi açıqlandı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Ukraynada prezident seçkisi 2026-cı ilin payızında, parlament seçkisi isə 2027-ci ilin yazında keçirilə bilər.

King.Az bu barədə "İnsayder" nəşrinə istinadən xəbər verir.

Nəşrin Ali Radadakı mənbələrinin sözlərinə görə, deputatlar artıq bu il ərzində və hətta silahlı münaqişə şəraitində keçirilə biləcək seçkiyə hazırlığı aktivləşdiriblər.

Bir sıra partiya rəhbərləri regional təşkilatlarına prezident seçkisinin 2026-cı ilin payızında, parlament seçkisinin isə 2027-ci ilin yazında baş tuta biləcəyi barədə məlumat veriblər.

Qeyd olunur ki, seçkinin yalnız müharibədən sonra deyil, həm də hərbi vəziyyət ləğv edilmədən keçirilməsi variantı da nəzərdən keçirilir.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.