Çərşənbə axşamı
Noy 19

Almaniyanın xarici işlər naziri Bakıya GƏLİR

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Almaniyanın xarici işlər naziri Annalena Berbok Azərbaycana səfər edəcək.

King.Az-ın Modern.az-a istinadən əldə etdiyi məlumata görə, o, Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edəcək.

Məlumatı Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə də təsdiqləyib.

Berbokun Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşü də gözlənilir.

Qeyd edək ki, Berbok Azərbaycandan əvvəl Ermənistana səfər edəcək və bu ölkənin xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.