0
Cümə axşamı
dek 26

Lukaşenko və Paşinyan Aİİ sammitində mübahisə etdilər

HASANLY
Ermənistanın baş naziri Nikol Paşinyan və Belarus Prezidenti Aleksandr Lukaşenko Avrasiya İqtisadi İttifaqı (Aİİ) sammiti zamanı növbəti iclasda Ermənistan nümayəndə heyətinin iştirak formatı barədə mübahisə ediblər.

King.Az TASS-a istinadən xəbər verir ki, mübahisə Paşinyanın Ermənistan nümayəndə heyətinin 2025-ci ilin mayında Minskdə Ali Avrasiya İqtisadi Şurasının növbəti iclasında distant formatda iştirak edəcəyini deməsindən sonra başlayıb.

"Sizin probleminiz nədir, Minsk bu qədər uzaqdır və sizi aparan yoxdur? Əgər lazımdırsa, biz sizi apararıq", - deyə Lukaşenko hiddətlənib.

Paşinyan cavab verib ki, o, "bu məsələ ilə bağlı artıq açıq bəyanat verib və bu bəyanat qüvvədə qalır".

Qeyd edək ki, Ermənistanın baş naziri koronavirusa yoluxduğu üçün Aİİ-nin hazırkı sammitində videobağlantı vasitəsilə danışıb. Lukaşenko tədbirdə şəxsən iştirak edib.
Şərhlər (0)

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbərə şərh əlavə edə bilməz. Zəhmət olmasa Qeydiyyatdan keçin yaxud sayta Daxil Olun.