Bazar ertəsi
Mar 17

ABŞ-də "Amerikanın Səsi" və "Azadlıq" radiosu fəaliyyətlərini dayandırıblar

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
ABŞ-nin maliyyə naziri Skott Bessent Yəməndə Husi qruplaşmalarına qarşı həyata keçirilən əməliyyatın Donald Tramp administrasiyasının İrana maksimum təzyiq strategiyasının yalnız başlanğıcı olduğunu bildirib.

King.Az xəbər verir ki, bu barədə o, NBC News kanalına müsahibəsində danışıb.

"Bu güclü bir siqnaldır və əvvəlki administrasiyanın siyasətindən köklü şəkildə fərqlənir. Husilər və İran bunun yalnız başlanğıc olduğunu başa düşməlidirlər. Biz dəniz naviqasiyası azadlığının məhdudlaşdırılmasına, dünya ticarətini ləngidən və inflyasiya təzyiqini artıran hərəkətlərə yol verməyəcəyik. İki həftə əvvəl Tramp İrana qarşı maksimum təzyiq strategiyasını elan edib və bu strategiyanın məqsədi İran neftinin ixracını sıfıra endirməkdir", - deyə o qeyd edib.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.