Ukrayna Prezidenti Volodimir Zelenski bu həftə ABŞ-yə mümkün səfəri zamanı təklif olunan sülh planının ən həssas məsələlərini müzakirə etmək niyyətindədir.
King.Az-ın xəbərinə görə, bu barədə "Reuters" nəşri mənbələrə istinadən məlumat verib.
"Əsas ideya ondan ibarətdir ki, prezidentlər (Volodimir Zelenski və Donald Tramp) sülh planının ərazi məsələsi kimi ən həssas məsələlərini müzakirə edəcəklər", - deyə mənbə bildirib.
Eyni zamanda, qeyd edilir ki, mümkün səfərin tarixi hələ müəyyən edilməyib.
Bundan əvvəl isə ABŞ dövlət katibi Marko Rubio Trampın ABŞ və Ukrayna arasında danışıqlarda əldə edilən irəliləyişdən məmnun olduğunu bildirmişdi.
Xatırladaq ki, noyabrın 23-də Cenevrədə Zelenskinin Trampla görüşündən əvvəl sülh planının mətni ilə bağlı razılığa gəlinməsi üçün danışıqlar aparılıb. Görüşdə Marko Rubio və Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff iştirak ediblər. Müzakirə mövzusu Ukrayna üzrə sülh planı olub.