ABŞ 18 İran rəsmisi və telekommunikasiya sənayesi rəhbərlərinə viza məhdudiyyətləri tətbiq edib.
King.Az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bu tədbirlər ifadə azadlığı və dinc toplaşmaq hüquqlarının məhdudlaşdırılması da daxil olmaqla, insan hüquqlarının ciddi şəkildə pozulmasında iştirak edən və ya iştirak etdiyi iddia olunan şəxslərə qarşı görülüb.
"Birləşmiş Ştatlar İran xalqının ifadə azadlığı hüququnu dəstəkləməyə davam edəcək. Biz İran xalqına və onun sülh və şərəflə yaşamaq arzularına sarsılmaz dəstəyimizi bir daha təsdiqləyirik", - bəyanatda deyilir.
2025-ci ilin dekabrında İranda genişmiqyaslı etirazlar baş verib. Rəsmi rəqəmlərə görə, iğtişaşlar zamanı 3 000-dən çox insan həlak olub. Tehran etirazların təşkilində ABŞ və İsraili günahlandırıb.
Qeyd edək ki, daha əvvəl Avropa İttifaqı (Aİ) İran rəsmilərinə və nümayişlərin "qəddarcasına yatırılmasında" ittiham olunanlara qarşı sanksiyalar tətbiq edib.
Oxşar Mövzular

Ağsuda yol tikintisində dava: Restoran rəhbəri həbs edildi
9-04-2026, 13:31"Real Madrid"in ukraynalı qolkiperi "İnter"in şərəfini qoruya bilər
24-11-2024, 18:09
Rza Tamerin ölümü ilə bağlı- araşdırma başladı
23-04-2026, 15:04