Nepallı şerpa alpinist 15 gün ərzində Everest zirvəsinə (8848,86 m) dörd dəfə qalxaraq Ginnesin Rekordlar Kitabına düşüb.
King.Az "The Himalayan Times"a istinadən xəbər verir ki, otuz yaşlı Taşi Gyaltsen 2025-ci il, mayın 9-u, 14-ü, 19-u və 23-də Everesti fəth fəth edərək alpinizm tarixinə düşüb.
O, ilk dırmanışını mayın 9-da Everest zirvəsinə marşrut açan ipçəkmə komandasının tərkibində edib.
Gyaltsen mayın 14-də təkbaşına, 19-da müştərisinə bələdçilik edərək yenidən zirvəyə çatıb, dördüncü dırmanış isə yenə tək olub.
Oxşar Mövzular
Azərbaycanlı cüdoçu beynəlxalq yarışda qızıl medal qazanıb
23-03-2025, 14:45
Çində kömür mədənində qəza: Dörd nəfər ölüb, itkin düşənlər var
25-12-2025, 11:39