Cümə axşamı
Dek 25

Tarixdə ilk dəfə olaraq Aİ-dən Rusiyaya mal idxalı ixracı üstələyib

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Tarixdə ilk dəfə olaraq Avropa mallarının Rusiyaya idxalı Rusiyanın Avropa İttifaqına (Aİ) ixracını üstələyib. 2025-ci ilin ilk doqquz ayı üzrə Rusiyanın ticarət balansında 0.5 milyard avro məbləğində mənfi saldo yaranıb.

King.Az xəbər verir ki, bu barədə məlumatı Aİ-nin statistika idarəsi (Avrostat) yayıb.

Avrostatın məlumatına görə, göstərilən dövrdə Rusiyanın Aİ-yə ixrac etdiyi məhsulların həcmi 21.7 milyard avro, Aİ ölkələrindən Rusiyaya idxal olunan malların həcmi isə 22.2 milyard avro təşkil edib.

Ümumilikdə, Avrostatın məlumatına əsasən, 2025-ci ilin yanvar-sentyabr aylarında Aİ ilə Rusiya arasında ticarət dövriyyəsi 43.9 milyard avro olub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12.9% azdır.

Rusiya əsasən Aİ-yə yanacaq-enerji məhsulları satır, Aİ-dən isə müxtəlif kimyəvi preparatlar alır.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.