Çərşənbə axşamı
Fev 17

İspaniyada yanğın zamanı beş nəfər öldü

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Barselona şəhərində (İspaniya) çoxmənzilli binada baş verən yanğın nəticəsində azı beş nəfər həlak olub, daha dörd sakin yaralanıb.

King.Az xəbər verir ki, bu barədə yerli hökumətdən məlumat verilib.

"Beşmərtəbəli yaşayış binasının damında yaşayış üçün uyğunlaşdırılan yerdə alovlanma baş verib. Naməlum səbəblərdən içəridəki insanlar bayıra çıxa bilməyiblər", - deyə açıqlamada bildirilib.

Qeyd olunur ki, çağırışa gələn xilasetmə qrupları yanğını yarım saat ərzində söndürüblər.

Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.