Videobloqer və restler Loqan Pol nadir "Pokémon Pikachu Illustrator" kartoçkasını hərracda 16.5 milyon dollara sataraq tarixə düşüb.
King.Az bu barədə "Euronews" telekanalına istinadən xəbər verir.
"Pokémon Pikachu Illustrator" kartoçkası "kolleksiya əşyalarının kraliçası" kimi tanınır və bu tip kartlar arasında indiyədək satılmış ən bahalı nümunə hesab olunur. Dünyada bu kartlardan cəmi təxminən 40 ədəd mövcuddur.
Loqan Pol kartoçkanı 2021-ci ildə 5.2 milyon dollara almışdı. Həmin vaxt da bu satış dünya rekordu sayılırdı və indiyədək satılmış ən bahalı "Pokémon" kartı kimi qeydə alınmışdı.
Bu dəfə kart "Goldin" onlayn hərrac evində satışa çıxarılıb. Ginnesin Rekordlar Kitabının nümayəndəsi tədbirdə iştirak edərək təsdiqləyib ki, bu satış kartı təkcə ən bahalı "Pokémon" kartı deyil, eyni zamanda hərracda satılmış ən bahalı kolleksiya kartı edəcək.
