İngiltərə təmsilçisi "Mançester Siti"nin futbolçusu Kevin De Bruynenin İtaliyanın "Napoli" klubu ilə müqaviləsinin detalları bəlli olub.
King.Az "Il Mattino" nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı belçikalı yarımmüdafiəçi Neapol komandasına keçməyə razılıq verib və yeni kollektivə yaxın günlərdə qoşulacaq.
De Bruyne "Napoli" ilə 2 illik müqavilə imzalayıb, əlavə olaraq bir mövsüm uzadılma imkanı da var. Onun illik maaşı 5 milyon avro təşkil edəcək.
De Bruynenin "Mançester Siti" ilə müqaviləsi 30 iyun tarixində başa çatır və bundan sonra o, azad agent olacaq.
Qeyd edək ki, Kevin De Bruyne "şəhərlilər"ə 2015-ci ilin yayında "Volfsburq"dan transfer olunub. Bu müddət ərzində o, "Mançester Siti" ilə birlikdə 18 kubok qazanıb. Ötən mövsümdə De Bruyne "Mançester Siti"nin heyətində 40 oyuna çıxaraq 6 qol vurub və 8 məhsuldar ötürmə edib.
Oxşar Mövzular
Tusk: "Polşa Ukraynadan pul qazanacaq"
15-04-2025, 21:14Okan Buruk: "Hakim matç ərzində əleyhimizə qərarlar verdi"
19-09-2025, 16:30