Bazar
Noy 10

Təzəkdən "bombalar": Hindistanda qəribə festivaldan qeyri-adi görüntülər

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Hindistanda təzəklərlə döyüş festivalı keçirilib.

King.Az-ın "360TV" "Telegram" kanalına istinadla verdiyi məlumata görə, inək peyini vasitəsilə döyüşmək üçün yüzlərlə insan Andra-Pradeş ştatına toplaşıb.

Qeyd edək ki, bu tədbir Hindistan təqviminə görə Yeni il münasibətilə keçirilir. Sözügedən əyləncə zamanı bir çox insan xəsarət alır, lakin belə xəsarətlərin xoşbəxtlik və uğur gətirdiyi hesab edilir.

Bununla bağlı sosial şəbəkələrdə yayımlanan görüntülərdə meydanda toplaşan hindlilərin "müqəddəs heyvanların" peyinindən hazırlanmış toplarla bir-birinə hücum etdiyi görünür. "Döyüş" mahnı və rəqslərlə başa çatır.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.