Cümə
Fev 13

Kripto bazarı niyə hələ sabit maliyyə aləti sayılmır? - Cavid Vəkilovdan Açıqlama

Xəbər

Kriptovalyutalar son illər qlobal maliyyə sistemində alternativ investisiya aləti kimi sürətlə populyarlaşsa da, bazarda müşahidə olunan kəskin qiymət dalğalanmaları bu sahənin hələ də sabit və proqnozlaşdırılan maliyyə mexanizmi olmadığını göstərir. Bitcoin başda olmaqla aparıcı kriptovalyutaların qısa zaman ərzində həm sürətlə bahalaşması, həm də ciddi dəyər itirməsi maliyyə bazarlarında təlatümlərə və investor davranışlarında qeyri-müəyyənliyə səbəb olur.

Bu barədə King.az və Fine.az-a açıqlama verən ictimai-siyasi fəal Cavid Vəkilov bildirib ki, "Kriptovalyuta bazarının əsas problemlərindən biri onun yüksək dərəcədə spekulyativ xarakter daşımasıdır. Qiymətlər çox zaman real iqtisadi göstəricilərdən daha çox psixoloji amillər, sosial mediada yayılan fikirlər, tanınmış şəxslərin açıqlamaları və qlobal siyasi proseslər fonunda formalaşır. Bu isə bazarın dayanıqlığını zəiflədir və ani eniş-yoxuşlara şərait yaradır."

Həmçinin o qeyd edibki:

"Bundan əlavə, kriptovalyutaların hüquqi və institusional tənzimlənməsinin tam formalaşmaması bazarda etibar problemini dərinləşdirir. Bir çox ölkələrdə bu sahə ilə bağlı qanunvericilik qeyri-müəyyən qalır, bəzilərində isə sərt məhdudiyyətlər tətbiq olunur. Tənzimləyici qurumların mövqeyi bazar iştirakçıları üçün risk amili kimi çıxış edir və qiymətlərə birbaşa təsir göstərir."

King.az / Fine.az

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.