Cümə
Yan 03

Juninyodan əl çəkməyən "Sevilya" sonuncu təklifini göndərib

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
"Qarabağ"ın hücumçusu Juninyonun "Sevilya"ya keçidi tamamlanmaq üzrədir.

King.Az "Marca"ya istinadən xəbər verir ki, La Liqa klubunun Azərbaycan təmsilçisinə bir neçə təklif təqdim etdiyi və razılaşmanın yaxınlarda əldə ediləcəyi bildirilib.

"Qarabağ" Juninyonun satışından təxminən dörd milyon avro qazanacaq.

2023-cü ilin yayında Ağdam təmsilçisinə keçən Juninyo "Qarabağ"la 81 oyunda 41 qol vurub, 14 məhsuldar ötürmə edib.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.