Cümə axşamı
Fev 12

Bolqarıstanda Şuşa parkı salınacaq

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin başçılıq etdiyi nümayəndə heyəti hazırda Bolqarıstan Respublikasında işgüzar səfərdədir.

King.Az xəbər verir ki, bu barədə məlumatı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yayıb.

Məlumata əsasən, səfər proqramı çərçivəsində fevralın 11-də Azərbaycan Respublikası Hökuməti, Bolqarıstan Respublikası Hökuməti və Veliko Tırnovo Bələdiyyəsi arasında üçtərəfli sənəd imzalanıb. Saziş Bolqarıstanın Veliko Tırnovo şəhərində Şuşa parkının yaradılması və yenidən qurulması üzrə əməkdaşlığı nəzərdə tutur.

Vurğulanıb ki, imzalanan bu sənəd iki dövlət arasındakı mədəni və humanitar münasibətlərin dərinləşməsi baxımından xüsusi çəkiyə malikdir. Saziş, eyni zamanda, Şuşa parkının salınması və bərpası prosesində tərəflərin birgə fəaliyyətini tənzimləyən və layihənin həyata keçirilməsini təmin edən hüquqi bazanı formalaşdırır.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.