Azərbaycanın yeniyetmə qılıncoynadanı Abbas Hüseynov Polşanın Konin şəhərində keçirilən "Cadet Circuit" beynəlxalq turnirində bürünc medala sahib çıxıb.
King.Az bildirir ki, bu barədə King.Az-a Azərbaycan Qılıncoynatma Federasiyasından məlumat verilib.
Qrup mərhələsini dörd qələbə ilə başa vuran sablyaçı pley-offda ardıcıl olaraq Böyük Britaniya, Fransa, Almaniya və Rumıniya təmsilçilərini mübarizədən kənarlaşdıraraq yarımfinala yüksəlib.
A.Hüseynov finalın bir addımlığında sonradan turnirin qalibi olan fransalı Qael Boujrad-Benauda 14:15 hesabı ilə uduzaraq yarışı üçüncü pillədə tamamlayıb.
Oxşar Mövzular
Buker kitab mükafatı artıq uşaq ədəbiyyatına görə də veriləcək
25-10-2025, 16:28"Porsche 911" üslubunda qayıq satılır
26-03-2025, 13:17