0
Çərşənbə
Mar 26

"Porsche 911" üslubunda qayıq satılır

HASANLY
Florida ştatında gövdəsi "Porsche 911"in dizaynı üslubunda hazırlanmış qayıq satışa çıxarılıb.

King.Az auto.ru-ya istinadən xəbər verir ki, 30 il əvvəl hazırlanan qayıq şəkillərə görə yaxşı vəziyyətdədir.

Onlayn hərracda qayıq üçün cəmi 7100 dollar təklif edilir.

Onun faraları və ön hissəsinin ümumi forması 993 kuzovlu "Porsche 911"in dizaynını xatırladır.

Ehtimal ki, qayıq məşhur idman avtomobilinin həvəskarlarından birini maraqlandıra bilər. Qayığın tam adı "Craig Craft 168 Boss"dur. Onun haqqında məlumat azdır. Məlumdur ki, bu cür qayıqlardan ən azı iki ədəd istehsal edilib və GM konserninin 4,3 litrlik V6 mühərriki ilə təchiz edilib.


"Porsche 911" üslubunda qayıq satılır





Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.