Niderlandın "Heineken" pivə şirkəti növbəti iki il ərzində işçi qüvvəsinin 7%-ni ixtisar edəcək.
King.Az xəbər verir ki, bu barədə şirkətin yeni yayımlanmış hesabatında bildirilir.
Satış həcmi ötən il əvvəlki illə müqayisədə 1.2% azalıb. Halbuki bir il əvvəl 1.6% artım qeydə alınmışdı.
Şirkət məhsuldarlıq artımını sürətləndirmək üçün 2026-2027-ci illərdə 5 000-6 000 nəfəri işdən çıxarmağı planlaşdırır. Hazırda şirkətin dünya üzrə bütün istehsal sahələrində təxminən 85 000 nəfər çalışır.
