0
Cümə axşamı
Noy 13

Gürcüstan və Rusiya arasında danışıqların 65-ci raundu da nəticəsiz qaldı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Noyabrın 11-12-də Cenevrədə Rusiya və Gürcüstan arasında beynəlxalq danışıqların 65-ci raundu da uğursuzluqla nəticələnib.

King.Az Gürcüstan mətbuatına istinadla xəbər verir ki, Rusiya nümayəndələri əsas məsələlərdən birinin müzakirəsi zamanı danışıqlar masasını tərk ediblər.

Nəticədə, əvvəlki raundlar kimi, 65-ci raund da pozulub.

Qeyd edək ki, Gürcüstan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Laşa Darsaliya, Rusiya nümayəndə heyətinə isə Rusiyanın BMT bölməsi və Cenevrədəki digər beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Gennadi Qatilov rəhbərlik ediblər.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.