"Oman hökuməti danışıqların birinci raundu başa çatdıqdan sonra ABŞ-nin bir neçə mesajını İran tərəfinə ötürüb".
King.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani bildirib.
"Biz amerikalılara məktub göndərməmişik, lakin omanlı dostlarımız ABŞ-dən bəzi mesajları bizə çatdırıblar və biz onları Tehranda araşdıracağıq", - deyə o, Oman və Qətərə səfərlərindən sonra İran dövlət televiziyasının efirində qeyd edib.
Xatırladaq ki, fevralın 6-da Omanda İran və ABŞ arasında nüvə proqramı ətrafında böhranın nizamlanması məsələsinə dair danışıqların növbəti mərhələsi keçirilib.
