0
Cümə axşamı
mar 13

UEFA Avropa Liqası: Dörddəbir finala yüksələn komandalar bəlli olacaq

HASANLY
Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin cavab görüşləri keçiriləcək.

King.Az xəbər verir ki, Bakı vaxtı ilə saat 21:45-də "Atletik Bilbao" klubu "Roma"nı, "Ayntraxt Frankfurt" klubu "Ayaks"ı, "Latsio" klubu "Viktoria Plzen"i, "Olimpiakos" isə "Budyo Qlimt"i qəbul edəcək.

Bakı vaxtı ilə gecəyarısı isə daha dörd oyun keçiriləcək.

"Lion" klubu FKSB ilə, "Mançester Yunayted" klubu "Real Sosyedad"la, "Reyncers" klubu "Fənərbağça" ilə, "Tottenhem" isə "AZ Alkmaar" ilə məsələyə aydınlıq gətirəcək.

UEFA Avropa Liqası

1/8 final mərhələsi

13 mart

Saat 21:45, "Atletik Bilbao" - "Roma" (ilk oyun - 1:2);

Saat 21:45, "Ayntraxt Frankfurt" - "Ayaks" (ilk oyun - 2:1);

Saat 21:45, "Latsio" - "Viktoria Plzen" (ilk oyun - 2:1);

Saat 21:45, "Olimpiakos" - "Budyo Qlimt" (ilk oyun - 0:3).

14 mart

Saat 00:00, "Lion" - FKSB (ilk oyun - 3:1);

Saat 00:00, "Mançester Yunayted" - "Real Sosyedad" (ilk oyun - 1:1);

Saat 00:00, "Reyncers" - "Fənərbağça" (ilk oyun - 3:1);

Saat 00:00, "Tottenhem" - "AZ Alkmaar" (ilk oyun - 0:1).
Şərhlər (0)

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbərə şərh əlavə edə bilməz. Zəhmət olmasa Qeydiyyatdan keçin yaxud sayta Daxil Olun.