Cümə
Yan 10

"Haber Global"da Trampın Kanada, Panama və Qrenlandiya ilə bağlı iddiaları müzakirə edilib

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Türkiyənin "Haber Global" televiziya kanalında ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın Kanada, Panama və Qrenlandiya ilə bağlı iddiaları müzakirə edilib.

King.Az xəbər verir ki, verilişdə qonaqlar ABŞ-nin son illər yürütdüyü xarici siyasəti müzakirə edib, Donlad Tramp administrasiyası dövründə dünya və bölgəni gözləyən dəyişiklikləri təhlil ediblər.

"ABŞ-nin öz müttəfiqlərinə münasibətdə işğalçı münasibət göstərməsi ciddi hadisələrin baş vermə ehtimalını artırır. Hələlik istər Kanada olsun, istərsə də digər ərazilərin rəhbərləri Trampın açıqlamasına çox ehtiyatlı, təmkinli cavab verdi. Lakin bunun müqabilində Avropanın iki aparıcı ölkəsi Fransa və Almaniyanın cavabı çox kəskin olub" - deyə "Haber Global"ın xarici xəbərlər bölməsinin müdiri Süheyla Demir vurğulayıb.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.