Çərşənbə
Sen 30

Netanyahudan XƏBƏRDARLIQ: "Seçki ərəfəsində İsrailə hücum cəhdləri ola bilər"

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

İsrailin Baş naziri Benyamin Netanyahu ölkədə keçiriləcək parlament seçkisi ərəfəsində İsrailə hücum cəhdlərinin ola biləcəyini deyib.

King.Az İsrailin "9-cu kanal"ına istinadən xəbər verir ki, Netanyahu bu barədə Tel-Nof aviabazasına səfəri zamanı danışıb.

"Seçki ərəfəsində düşmənlərimizin bizə hücum etməyə cəhd göstərəcəklərinə dair əlamətlər var", - deyə Netanyahu bildirib.

O, İsrailin istənilən təhdidə cavab verməyə hazır olduğunu vurğulayıb.

"Bizimlə işiniz olmasın. Uzun əllərimiz sizi istənilən yerdə və istənilən vaxt tapacaq", - İsrail hökumətinin başçısı qeyd edib.

Qeyd edək ki, İsraildə parlament seçkisi oktyabrın 27-də keçiriləcək.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.