Bakı-Sumqayıt yolunun Sulutəpə dairəsi istiqamətində asfalt örtüyünün dəyişdirilməsi ilə əlaqədar aparılan təmir işləri bu gün axşam saatlarında başa çatacaq.
Bu barədə King.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Bildirilib ki təmir işləri yekunlaşdıqdan sonra yol nəqliyyatın hərəkəti üçün açılacaq.
Qeyd edək ki, təmir işləri ilə əlaqədar bir sıra küçə və yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.
Oxşar Mövzular
Haiti millisi Azərbaycanla yoldaşlıq görüşünə 15 yaşlı futbolçu gətirib
18-03-2025, 14:51
Dar küçələr, anbarlar, quyular: Pakistanda minillik şəhər üzə çıxarıldı
24-12-2025, 12:08"El-Klasiko": Komandaların start heyətləri məlum oldu
11-05-2025, 20:26