Çərşənbə
Dek 24

Dar küçələr, anbarlar, quyular: Pakistanda minillik şəhər üzə çıxarıldı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Pakistanın Pəncab əyalətinin Arxeologiya Departamenti Taksila şəhəri yaxınlığında yerləşən tarixi Bhir abidəsində aparılan qazıntılar zamanı e.ə. VI əsrə aid, yüksək səviyyədə təşkil olunmuş qədim sivilizasiyanın mövcudluğunu sübut edən tapıntılar aşkarlayıb.

King.Az xəbər verir ki, bu barədə məlumat "The Express Tribune" qəzetində yayımlanıb.

Məlumata görə, qazıntılar zamanı erkən şəhərsalma əlamətləri üzə çıxarılıb. Bunlara dar küçələr, yaşayış binaları, quyular, taxıl anbarları və gündəlik məişət əşyaları daxildir.

Mütəxəssislərin sözlərinə görə, şəhər üzvi şəkildə inkişaf edib. Şəhərin planlaşdırılması daha sonrakı yunan şəhərsalma modelindən fərqlənir və qədim şəhərin yerli həyat tərzini əks etdirən struktura malikdir.

Şəhər Mərkəzi Asiya və Əfqanıstana gedən əsas ticarət yollarının üzərində yerləşdiyindən burada müxtəlif dövrlərə aid çoxsaylı unikal obyektlər mövcuddur.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.