Şənbə
Fev 07

ABŞ aviadaşıyıcısı Ərəbistan dənizinə çatdı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

ABŞ Hərbi Dəniz Qüvvələrinin "USS Abraham Lincoln" aviadaşıyıcısının başçılıq etdiyi zərbə qrupu Ərəbistan dənizinə daxil olub.

King.Az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkə hesabında məlumat yayıb.

"USS Abraham Lincoln aviadaşıyıcı zərbə qrupu iki təchizat gəmisi və ABŞ Sahil Mühafizəsinin iki kateri ilə birlikdə Ərəbistan dənizində birgə keçid icra edib", - deyə məlumatda qeyd olunur.

CENTCOM əlavə edib ki, gəmilərin üzərindən hərbi təyyarələrin uçuşu həyata keçirilib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.