Bazar
Dek 29

Hökumə Əliyevanın həyat yoldaşı xatirələrindən danışdı: "Can deyib, can eşidirdik"

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
"Can deyib, can eşidirdik, gələcək üçün planlarımız var idi".

Bunu II Fəxri xiyabanda ekipaj üzvlərinin dəfnindən sonra Bakı-Qroznı reysini yerinə yetirən "Embraer-190" tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan təyyarə bələdçisi Hökumə Əliyevanın həyat yoldaşı deyib.

"Şərəfli ölüm qismət oldu. Allah hər birimizə Vətən uğrunda, dövlət uğrunda şəhid olmağı qismət etsin. Hökuməni hər gün işə özüm aparıb gətirirdim. Hadisə baş verdiyi gün səhər 6-da onu işə apardım. Saat 12-də Bakıya geri qayıdacaqdı. Təəssüflər olsun ki, faciə xəbərini sosial şəbəkələrdə gördük. Ondan sonra olanlara da bütün dünya şahiddir. Allah bütün şəhidlərimizə, bu qəzada həlak olanlara rəhmət etsin", - deyə o bildirib.

Ətraflı Baku TV-nin süjetində:

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.