Cümə axşamı
Fev 05

Xaçmazda qatar avtomobil ilə toqquşdu: Ölən var

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Xaçmaz rayonunda qatarla avtomobil toqquşub.

King.Az-ın məlumatına görə, hadisə rayonun Nərəcan kəndində baş verib.

Xaçmaz rayonunun Ağtala kənd sakini, 2004-cü il təvəllüdlü Səid Çələbiyev idarə etdiyi VAZ-2106 markalı avtomobillə dəmir yolu xəttinin qorunmamış hissəsinə çıxıb.

Nəticədə avtomobil qatarla toqquşub. Hadisə zamanı Səid Çələbiyev hadisə yerində ölüb.

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin Mətbuat Xidmətindən King.Az-a verilən məlumata görə, hadisə bu gün saat 09:45-də Xaçmaz-Qusarçay sahəsində qeydə alınıb:

"Minik avtomobili dəmiryol keçidindən keçid qaydalarını pozaraq hərəkətdə olan teplovozun qarşısına çıxıb.

Maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub. Minik avtomobilinin sürücüsü xəstəxanaya aparılıb.

Hadisə nəticəsində dəmiryol infrastrukturuna zərər dəyib. Faktla bağlı araşdırma aparılır.

"ADY nəqliyyat vasitələri sürücülərini "Yol hərəkəti haqqında" qanunun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə, dəmir yolu keçidlərinə yaxınlaşarkən sürət həddini aşağı salmağa, yüksək sayıqlıq göstərməyə və keçidin qatardan boş olduğuna tam əmin olduqdan sonra hərəkətlərini davam etdirməyə çağırır", - deyə qeyd edilib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.