Bazar
Yan 12

Çexiyada restoranda partlayış: Altı nəfər həlak oldu

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Çexiyanın şimal-qərbindəki Most şəhərindəki restoranda propan-butan qarışığının partlaması nəticəsində azı 6 nəfər ölüb.

King.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yerli yanğınsöndürmə xidmətinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, partlayış şənbə günü axşam baş verib, 8 restoran ziyarətçisi yaralanıb.

Agentlik, həmçinin bildirib ki, səlahiyyətlilər yaxınlıqdakı binalardan 30-a yaxın insanı təxliyə ediblər.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.