ABŞ-nin federal hüquq-mühafizə orqanlarının əməkdaşları Minnesota ştatında keçirilən əməliyyat zamanı dörd mindən çox qanunsuz immiqrantı saxlayıblar.
King.Az xəbər verir ki, bu barədə Ağ Ev rəsmi məlumat yayıb.
"Onların arasında qatillər, təcavüzkarlar, dəstə üzvləri və terrorçular var", - deyə məlumatda bildirilib.
Xatırladaq ki, Tramp prezident postunda vəzifəsinə başlamazdan əvvəl ölkəyə təxminən 25 milyon insanın qanunsuz daxil olduğunu bildirmişdi. O, dəfələrlə daha sərt immiqrasiya siyasəti ilə bağlı çıxış edib.
Tramp andiçmədən sonra ABŞ-Meksika sərhədində fövqəladə vəziyyətlə bağlı fərman imzalayaraq, ölkəsinin tarixində ən böyük qanunsuz immiqrantların deportasiya əməliyyatını həyata keçirmək niyyətində olduğunu bəyan edib.