Çərşənbə axşamı
Fev 03

Ukrayna və Qərb Rusiya tərəfindən atəşkəsin pozulmasına qarşı hərbi cavab tədbirləri barədə razılığa gəliblər

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Ukrayna Avropa və ABŞ ilə Rusiya tərəfindən istənilən atəşkəs pozulması ehtimalına qarşı çoxmərhələli cavab planı barədə razılığa gəlib.

King.Az-ın "Financial Times" nəşrinə istinadən xəbərinə görə, bu barədə danışıqlarla tanış olan mənbə məlumat verib.

Məlumata görə, Ukrayna Qərb tərəfdaşları ilə razılığa gəlib ki, Rusiyanın gələcək atəşkəs sazişini istənilən şəkildə pozması Avropa və ABŞ tərəfindən koordinasiya edilmiş hərbi cavaba səbəb olacaq.

Qeyd edilir ki, plan dekabr və yanvar aylarında Ukrayna, Avropa və ABŞ rəsmiləri arasında bir neçə dəfə müzakirə olunub.

Təklifə əsasən, Rusiya tərəfindən atəşkəsin hər hansı şəkildə pozulması 24 saat ərzində cavab reaksiyasına səbəb olacaq ki, buraya diplomatik xəbərdarlıqdan tutmuş, zərurət yaranacağı halda Ukrayna ordusunun pozuntunun qarşısını almaq üçün hərəkətə keçməsi daxil olacaq.

Əgər bundan sonra da döyüşlər davam edərsə, cavab tədbirləri ikinci mərhələyə keçəcək və burada bir çox Avropa İttifaqı (Aİ) üzvünün, eləcə də Böyük Britaniya, Norveç, İslandiya və Türkiyənin daxil olduğu "könüllülər koalisiyası"nın qüvvələrindən istifadə ediləcək.

Məqalədə qeyd olunur ki, ilkin pozuntudan 72 saat sonra hücumun genişlənməsi halında ABŞ silahlı qüvvələri də daxil olmaqla, Qərbin dəstəklədiyi qüvvələr tərəfindən koordinasiya edilmiş cavab tədbirləri görüləcək.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.