ABŞ Prezidenti Donald Tramp diktaturanın müəyyən faydaları olduğunu deyib və özünü diktator adlandırıb.
King.Az xəbər verir ki, onun açıqlaması Ağ Evin "YouTube" kanalında yayımlanıb.
ABŞ prezidenti Davosda keçirilən Dünya İqtisadi Forumundakı (DİF) çıxışını belə şərh edib:
"Yaxşı bir nitqimiz oldu, tərifli rəylər aldıq. İnana bilmirəm. Adətən deyirlər ki, o, (Tramp - red.) dəhşətli bir diktatordur. Mən diktatoram. Bəzən diktator olmaq lazımdır. Amma indiki halda onlar bunu demədilər".
Tramp həmçinin qeyd edib ki, DİF-də səsləndirdiyi hər söz sağlam düşüncəyə əsaslanır:
"Hər şey sağlam düşüncəyə əsaslanır. Bunun mühafizəkarlıq, liberalizm və ya başqa bir şeylə heç bir əlaqəsi yoxdur".
Oxşar Mövzular
Tramp Müdafiə Nazirliyinin rəsmi adını dəyişdi
6-09-2025, 13:56Viktor Osimhenin "Qalatasaray"a keçidi bu gün rəsmiləşəcək
11-07-2025, 14:49
Məşhur milyarder "Epşteyn işi" üzrə ifadə verdi: İlginc etiraflar
11-06-2026, 16:02