Roma Papası XIV Leo ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Qəzza Sülh Şurasında iştirak etmək üçün dəvət alıb.
King.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Bildirilir ki, hazırda Katolik Kilsəsinin rəhbəri tərəfindən dəvətə rəsmi cavab verilməyib.
Xatırladaq ki, Qəzza Sülh Şurası layihəsinin rəsmi açılışı 2026-cı il yanvarın 15-də baş tutub. Bu barədə ABŞ Prezidenti Donald Tramp ictimaiyyətə açıqlama verib.
Sülh Şurasının əsas məqsədi münaqişə bölgələrində sabitliyin dəstəklənməsi, qanuniliyin bərpası və uzunmüddətli sülhün təmin edilməsidir.
Oxşar Mövzular
Kofeinin "insanı ayıldan" miqdarı açıqlandı
24-12-2024, 14:38Səhər yeməyində hansı qidalara üstünlük verilməlidir?
4-02-2025, 10:29