0
Bazar ertəsi
Dek 02

La Liqa: "Real" "Xetafe"ni üstələdi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
İspaniya La Liqasının 15-ci turunda "Real Madrid" və "Xetafe" komandaları qarşılaşıb.

King.Az xəbər veri ki, "Santyaqo Bernabeu" stadionunda baş tutan matçda "Real Madrid" 2:0 hesabı ilə qalib gəlib.

30-cu dəqiqədə "Real Madrid"in yarımmüdafiəçisi Cud Bellinqem penaltini qola çevirərək hesabı açıb. 8 dəqiqə sonra Kilian Mbappe "Real"ın fərqini artırıb.

15 matçdan sonra "Real" 33 xalla La Liqanın turnir cədvəlində ikinci yerdədir. "Xetafe" də isə 13 xalla 17-ci yerdədir. İspaniya çempionatının turnir cədvəlinə 34 xalla "Barselona" başçılıq edir.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.