2025-ci ilin əvvəlində Moskva əhalisinin sayı 13.3 milyon nəfər olub.
King.Az RBC.ru-ya istinadən xəbər verir ki, bunu şəhər meri Sergey Sobyanin 2024-cü ilin yekunları haqqında Rusiya Prezidenti Vladimir Putinə verdiyi hesabat zamanı bildirib.
Onun sözlərinə görə, 2024-cü ildə əhali 4.8 min nəfər artıb.
Rosstatın məlumatına əsasən, 2025-ci il yanvarın 1-nə Moskvanın əhalisi 13 274 285 nəfər olub. Bu, 2024-cü ildə paytaxt əhalisinin orta illik sayından - 13 212 044 nəfərdən 0.47% çoxdur.
Bütün Rusiyaya gəlincə, bu il yanvarın 1-nə əhalinin sayı 146 028 325 nəfər olub. 2024-cü ildə bu rəqəm 0.08% azalıb (bir il əvvəl 146 150 789 nəfər idi).
Oxşar Mövzular
Camal Musiala uzun müddət yaşıl meydanlardan uzaq qalacaq
4-10-2024, 21:21Baş ağrılarına diqqət - Bu xəstəliklərin əlaməti ola bilər
26-10-2024, 13:49
