Çərşənbə axşamı
Yan 20

Qızılın qiyməti tarixi maksimumunu yenilədi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Comex" birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 2026-cı ilin fevral ayında çatdırılma ilə qızıl füçerslərinin qiyməti bir trua unsiyası üçün 4 700 dolları ötərək, tarixi maksimumu yeniləyib.

King.Az xəbər verir ki, bunu ticarət platformasının məlumatları göstərir.

Məlumata görə, qızılın qiyməti Bakı vaxtı ilə saat 08:49-da 2.29% artaraq, bir trua unsiyasına görə 4 700.6 dollar təşkil edib.

Bakı vaxtı ilə saat 08:54-də isə qızılın qiyməti 4 699.8 (+2,27%) dollara düşüb.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.