1
Çərşənbə
May 14

Anxel Korrea 10 il sonra "Atletiko Madrid"dən ayrılmaq qərarına gəldi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Atletiko Madrid"in futbolçusu Anxel Korrea karyerasını Meksikada davam etdirmək istədiyindən 10 il şərəfini qoruduğu klubdan ayrılmaq qərarına gəlib.


King.Az "Goal" nəşrinə istinadən xəbər verir ki, argentinalı hücumçu cari mövsümün sonunda "Tiqres"ə qoşulacaq. Meksika klubu onun üçün 6 milyon avro ödəyəcək.


Korrea 2015-ci ildən "Atletiko Madrid"də çıxış edirdi. O, Madrid klubunda ümumilikdə 463 oyunda 87 qol vurub və 65 məhsuldar ötürmə edib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.