Xarici prodüserlərin Azərbaycan ərazisində film istehsalına cəlb etmək üçün təşviqedici tədbirlər həyata keçiriləcək.
King.Az-ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin Mədəniyyət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Kinematoqrafiya haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Həmçinin sənədə əsasən, xarici prodüserləri Azərbaycan ərazisində film istehsalına cəlb etmək məqsədilə filmlərin istehsalı üçün çəkilmiş xərclər qismən geri ödəniləcək.
Bundan başqa, xarici və birgə istehsal filmlərinin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun müəyyənləşdirdiyi şərtlərlə həyata keçiriləcək.
Oxşar Mövzular
"Barselona" evinə qayıdır
9-11-2025, 14:53
Nağd pul və kart dövrü bitir: QR-ödənişlərin üstünlükləri nələrdir?
11-01-2026, 17:36
Röya — Boş Bəhanələr (Rəsmi Musiqi Videosu)
11-01-2025, 11:55