Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasında professor-müəllim (mülki) heyəti və mütəxəssis vəzifələri üzrə vakant yerlərə işə qəbul aparılır.
King.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev məlumat yayıb.
O bildirib ki, hüquqşünaslıq və ya informasiya təhlükəsizliyi sahəsi üzrə tam ali təhsili olan, yüksək bilik səviyyəsinə malik, elmi-pedaqoji fəaliyyətlə məşğul olan, Azərbaycan dilini sərbəst bilən Azərbaycan Respublikası vətəndaşları müraciət edə bilərlər.
Əlavə edilib ki, elmi dərəcə və elmi ada malik şəxslərə, elmi-pedaqoji təcrübəsi olan mütəxəssislərə üstünlük veriləcək.
"İşə qəbul prosesi DİN tərəfindən müəyyən edilmiş qaydada, şəffaf və obyektiv əsaslarla həyata keçirilir. Yalnız vakant vəzifələrin tələblərinə uyğun namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar", - deyə məlumatda vurğulanıb.
Oxşar Mövzular

Gündəlik Bürclər-(13.03.2025)
12-03-2025, 21:05Ronaldu Messini qabaqladı
6-10-2024, 05:52
