0
Çərşənbə
fev 05

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində kütləvi ixtisarlar başladı

HASANLY
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) bütün əməkdaşları səkkiz ayın maaşını almaq qarşılığında öz istəyi ilə işdən çıxmaq təklifi alıblar.

King.Az "The Wall Street Journal" qəzetinə istinadən xəbər verir ki, MKİ yeni əməkdaşların işə götürülməsi prosesini də dayandırıb.

Hərçənd onlardan bəziləri artıq işə dəvət alıblar, əgər MKİ rəhbərliyi hesab etsə ki, bəzi namizədlərin Çinə qarşı əks-təsir göstərmək daxil olmaqla, yeni vəzifələrin reallaşdırılması üçün yetərli təcrübələri yoxdur, çox güman onlardan imtina edəcək.

Qeyd edək ki, ABŞ federal hökumətinin 20 mindən çox əməkdaşı maaşlarının saxlanılması qarşılığında sentyabrın sonuna qədər öz vəzifələrini tərk etməyə razı olublar.
Şərhlər (0)

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbərə şərh əlavə edə bilməz. Zəhmət olmasa Qeydiyyatdan keçin yaxud sayta Daxil Olun.