Bazar
Yan 11

Əli Laricani: "Səhnəyə dağıdıcı və mütəşəkkil bir hərəkat çıxıb, qətiyyətlə mübarizə aparılmalıdır"

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"İrandakı etirazları və iğtişaşları bir-birindən ayırmaq lazımdır".

King.Az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani deyib.

"Birincisi, ölkədə yaranmış iqtisadi problemlərdən qaynaqlanan xalq etirazlarıdır, bu məsələ tamamilə başadüşüləndir və müvafiq vəzifəli şəxslər ona ciddi diqqət yetirməyə borcludurlar. Lakin bu qanuni etirazlarla yanaşı, səhnəyə xalqın iqtisadi tələbləri ilə heç bir əlaqəsi olmayan dağıdıcı və mütəşəkkil bir hərəkat çıxıb. Bu hərəkat etiraz kontekstindən sui-istifadə edərək son dərəcə qəddar və cinayətkar davranışlarla məşğul olub, bura İŞİD kimi terror qruplaşmalarının metodlarına çox bənzəyən qətllər, yandırmalar və zorakılıq aktları daxildir", - deyə o vurğulayıb.

Laricani vurğulayıb ki, əgər ölkə iqtisadi problemlərlə üzləşibsə, təhlükəsizliyin olmaması və dağıntılar bu problemləri həll etmək bir yana qalsın, onları daha da ağırlaşdıracaq:

"İqtisadi mərkəzlərin, ictimai və dini yerlərin, vətəndaşların vergiləri hesabına alınan avtobusların və şəhər texnikasının yandırılması birbaşa xalqın iqtisadiyyatına zərər vurur. Təhlükəsizliyin olmaması iqtisadi durğunluğa gətirib çıxarır və bu cür tədbirlər iqtisadi problemlərin həlli yolu deyil. Buna müvafiq olaraq, məhkəmə sistemi təhlükəsizliyin pozulması, qətllər və dövlət əmlakının məhv edilməsi faktlarının icraçıları ilə qətiyyətlə mübarizə aparmalıdır".

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.