Bazar
Yan 11

Yəmənin hökumət qüvvələri ölkənin cənub və şərq vilayətlərini nəzarət altına alıblar

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Yəmənin hökumət qüvvələri müvəqqəti paytaxt Ədən də daxil olmaqla, ölkənin cənub və şərq vilayətlərində hərbi düşərgələrə nəzarəti ələ keçiriblər".

King.Az SABA agentliyinə istinadən xəbər verir ki, bunu Yəmən Prezident Rəhbərlik Şurasının sədri Rəşad Məhəmməd əl-Alimi bildirib".

Əl-Alimi vurğulayıb ki, bu "çətin qərarlar" güc nümayişi üçün deyil, vətəndaşların müdafiəsi və dövlətin konstitusiya əsaslarının qorunması üçün qəbul edilib.

O həmçinin ölkədə Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın komandanlığı altında Ali Hərbi Komitənin yaradıldığını elan edib. Bu komitə bütün hərbi qüvvələrin və birləşmələrin hazırlanması, təchizatı və rəhbərliyinə cavabdeh olacaq.

Onun sözlərinə görə, bu, "Ənsar Allah" üsyançı hərəkatından olan husilərin sülh təşəbbüslərini rədd etməyə davam edəcəkləri təqdirdə zəruridir.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.