0
Bazar
Noy 30

Trampın iqamətgahı üzərinə qırıcı qaldırıldı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

ABŞ Hərbi Hava Qüvvələri Florida ştatında Prezident Donald Trampın iqamətgahı üzərində uçuşlar üçün müvəqqəti məhdudlaşdırılmış hava məkanını pozan mülki təyyarəyə müdaxilə etməkdən ötrü "F-16" qırıcısını havaya qaldırıb.

King.Az bildirir ki, bu barədə Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı (NORAD) "X" sosial şəbəkə hesabında məlumat verib.

Bəyanatda qeyd olunur ki, mülki təyyarə bu zonadan təhlükəsiz şəkildə çıxarılıb. Hadisə yerli vaxtla 16:20-də (Bakı vaxtı saat 01:20-də - red.) baş verib.

Qeyd edək ki, Trampın iqamətgahı Palm Biç şəhərində yerləşir.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.