Şənbə
Yan 10

Vaşinqtonun təsiri, Xameneinin "B planı" - İranda səngiməyən etiraz dalğası

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

İranda səngiməyən etirazlar artıq bir müddətdir ki, həm regionun, həm də beynəlxalq aləmin gündəmindədir. Ancaq küçələrdə artan gərginlik, iqtisadi böhran və informasiya blokadası fonunda artıq əsas sual dəyişib. Son günlər Vaşinqton və Qərb mediasından gələn açıqlamalar isə bu sualı daha da kəskinləşdirir.

Beynəlxalq münasibətlər üzrə ekspert Məhsa Mehdizadə məsələ ilə bağlı bildirir:

"İranda yaşanan son hadisələr göstərir ki, rejim struktur olaraq bir böhran içindədir. Ancaq bu durum qısamüddətli perspektivdə rejim dəyişikliyinin mütləq olacağı mənasına gəlmir. İranda problem sadəcə idarəetmə biçimi yox, həm də demokratiya əskikliyi, ədalət problemi və iqtisadi böhrandır. Cəmiyyətin müxtəlif təbəqələrinin və fərqli xalqların tələblərinin basdırılması, rejimin bu çağırışlara qulaq asmamasıdır".

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.